About hotel

Winter Park Hotel 2017-ci ilin mart ayından etibarən qonaqları tərəfindən hiss edilən xoş və ürəkaçan münasibəti ilə fəaliyyət göstərir və qonaq məmnuniyyəti otelimiz üçün birinci sıralarda durur. Qonaqlarımıza xidmət etdiyimiz zaman biz nəinki onların bugünki günlərini xoş və əvəzedilməz edirik, eyni zamanda onlarda xatirə yaradaraq, Bakını ziyarət etdikləri zaman birinci seçim olmağımızı təmin edirik. Məhz buna görə sloqanımızı "Siz Geri Dönəcəksiniz" olaraq əsas götürmüşük. Qonaqlarımız otelimizdə müasir avadanlıqlarla təmin olunur, gün boyu xidmət göstərən restoranımızdan istifadə edir və ən son alətlərlə təmin olunmuş Spa və Fitnes mərkəzimizdən istədikləri vaxt istifadə edirlər. Şəhəri kəşf edərkən siz bizim "Qonaq xidmətləri" bölməmizə yaxınlaşaraq, sizin şəhər gəzintinizi bir üst səviyyəyə daşıyacaq avtomobil də icarə götürə bilərsiniz. Şəhərin mərkəzində yerləşən və bir çox alış-veriş mərkəzlərinə yaxın olan otelimizin özünə xas xüsusiyyətləri var: - 74 otağı Standart, 105 Delyuks, 9 Superior, 9 Premium, 9 Yarılyuks, və 6 Lyuks otaqdan ibarət 212 qonaq otağı təklif edirik. Bu otaqların hər birinin özünəməxsus fərqli xüsusiyyətləri və gözoxşayan mənzərəsi var. - 15-ci mərtəbədə fəaliyyət göstərən The 15th restoranı günboyu qonaqlarımıza gündəlik yemək bufetləri, menyu əsasında qidalanma və individual xidmət göstərir - Müasir avadanlıqlarla təmin olunmuş Fitnes mərkəzi və rahatladıcı spa otaqları - 2 iclas otağı və foedən ibarət yüksək keyfiyyətli tədbir məkanı

Yaşam şərtləri

Yerləşmənin qeydi 15:00
Tərk etmənin qeydi 12:00
Bronlaşdırmanın ləğvi

24 saat

Qaydalar və şərtlər

24 saat